Avtosığorta ilə bağlı yenilik edilir - VİDEO

18:39 - 07 Sentyabr 2023

Avtosığorta ilə bağlı yenilik edilir - VİDEO

Azərbaycanda avtosığorta üzrə qiymətləndirməni süni intellekt apara bilər.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, sığorta eksperti Daşdəmir Niftəliyev deyib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qiymətləndirmələrin aparılmasında süni intellektin istifadəsi planlaşdırılır.

Mütəxəssis, süni intellektdən istifadənin üstün məqamlarından da danışıb. Bildirib ki, əvvəllər müştəri bir neçə saat yolda tıxac yaradaraq qəza komissarını gözləyirdirsə, süni intellekt məsələni bir neçə saniyədə həll edə bilir.

Daşdəmir Niftəliyev  Azərbaycandakı bütün sığorta şirkətlərinin bu sistemə maraq göstərdiyini deyib.

Bütün sığorta şirkətlərinin birgə istəyi və ya bazar üzrə ümumi bir qərarın alınmasından sonra texnologiyanın gətirilməsi sürətləndirilə bilər.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az