"Bakı Kristal Zalı" bu nazirliyə verildi

20:23 - 18 Sentyabr 2023

\"Bakı Kristal Zalı\" bu nazirliyə verildi

"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

 

Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb

Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az