Gömrükdə 56 kq-dan artıq narkotik vasitə aşkar edildi  

13:47 - 28 Mart 2026

Gömrükdə 56 kq-dan artıq narkotik vasitə aşkar edildi  

Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Dövlət Gömrük Komitəsindən Manset.az-a verilən məlumata görə, “Kahı, kərəviz və gül kələm” yükü aparan nəqliyyat vasitəsinə “Biləsuvar” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsində "kahı" yükünün içərisində qablaşdırılaraq gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az