Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Təxminən 7-8 bıçaq zərbəsi alan rayon sakini Akif Hüseynov xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
APA