Tərtərdə mina partlayışı baş verib - Xəsarət alanlar var

12:48 - 05 Noyabr 2023

Tərtərdə mina partlayışı baş verib - Xəsarət alanlar var

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Araşdırma aparılır.

Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az