Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922–1984) “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
Manset.az xəbər verir ki, Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppası ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekində çıxış edəcək. 23-25 avqust tarixlərində gerçəkləşəcək qastrol səfərində truppanın bədii rəhbəri, həmyerlimiz, Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda “Min bir gecə” baletinin tamaşası nümayiş olunacaq.
Çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər.
Mariinski Teatrı Primorski səhnəsinin yaradıcı heyəti yeni açılmış, müasir memarlığın şah əsərlərindən sayılan Pekin İncəsənət Mərkəzinin səhnəsində belə irimiqyaslı balet tamaşası təqdim edən ilk truppa olacaq.
Tamaşanı Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Tamaşada xor və Mariinski Teatrının Primorski səhnəsi opera truppasının solistləri Anastasiya Kikot və Samirə Qalimova, tarda solistlər – Azərbaycan Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.
Əsas rolları Mariinski Teatrı Primorski səhnəsinin prima balerinaları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, premyeralarda Sergey Umanets və Viktor Mulıgin, solistlər Yuri Zinnurov, Saki Nişida, Lada Sartakova, Aleksandra Şalimova, Şizuru Kato ifa edəcəklər. Bundan əlavə, avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycan Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Qeyd edək ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biridir və geniş qastrol coğrafiyasına malikdir.
Xoreoqraf Eldar Əliyev qarşıdakı qastrol səfəri haqqında deyib: “Min bir gecə” baletinin Pekin ictimaiyyəti tərəfindən rənglərin zənginliyini və misilsiz mədəniyyətinin koloriti əks etdirən irimiqyaslı tamaşa kimi qəbul edilməsi bizim üçün çox vacibdir. Baletin xoreoqrafiyasını quranda mümkün qədər həm ədəbi materiala, həm də müəllifin musiqisinə uyğun olmasına çalışmışam. Ona görə də, ümid edirəm ki, bütün tamaşalar uğurlu olacaq”.
Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. “Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, deyən bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.
Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Baletin musiqisində süjetə uyğun olaraq Yaxın Şərqin əzəməti canlanır. Bəstəkar Azərbaycanın milli aləti tarı orkestrə daxil edib və zərb alətlərinin bütün arsenalının (bonqolar, tam-tam, ksilofon, vibrafon, nağara, zəng, timpani, sinc və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini dolğunluqla tamaşaçıya çatdırmağa nail olub.
“Min bir gecə” baleti Pekində ilk dəfə təqdim olunacaq - FOTOLAR
17:10 - 31 İyul 2024






Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Adil Kərimli görüş keçirdi - FOTOLAR

Azərbaycanlı müğənni özünə SAXTA toy edib?: "Rəsmi nikahımız yoxdur!" - VİDEO

Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI

Mədəniyyət naziri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirildi - FOTOLAR

Azərbaycan tarixinə həsr olunmuş yeni film çəkilir - FOTOLAR

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Əminə Yusifqızı ilə vida mərasimi keçiriləcək

Nadir Qafarzadə nəvəsinin cinsiyyətini və adını açıqladı

Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı oldu - Fotolar

TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO
Xəbər xətti
- 14 Oktyabr 2025
- 01:30 Gümüşün qiyməti tarixi maksimumu yenilədi
- 00:41 Millimiz Ukraynaya məğlub oldu - YENİLƏNİB
- 00:30 Həmişə qara geyinənləri birləşdirən 11 xüsusiyyət
- 13 Oktyabr 2025
- 23:50 Bu yolla 90 yaşınızda belə kəskin yaddaşınız olacaq
- 23:48 Bu binalarda mənzillər bahalaşacaq - VİDEO
- 23:44 Azərbaycan Ordusunun baş giziri vəfat etdi
- 23:38 Gəncədə avtomobillər toqquşdu - Yaralılar var
- 23:30 Məşhur markadan sensasion texnologiya - Üçqat mobil telefon gəlir
- 23:24 Bu rayonda işıq olmayacaq - Sakinlərin nəzərinə
- 23:06 Qlobal diplomatiyada Azərbaycanın artan rolu
- 23:00 Dəvət edildi, amma gəlmədi - Netanyahu niyə "Qəzza zirvəsi"ndə iştirak etmədi?
- 22:57 Donald Tramp İlham Əliyevə təşəkkür etdi
- 22:45 Kainatda yeni bir cisim - Yeni planet kəşf edildi?
- 22:30 Qatar qəza törətdi - 66 nəfər yaralandı
- 22:23 İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi: FOTO/VİDEO - YENİLƏNİB
- 22:15 ŞOK OLAY! Bu ölkədə hava yolları müştərilərinin siyahısı quldurlar tərəfindən oğurlandı
- 22:14 Azərbaycan millisi Ukrayna yığmasına qarşı - Start heyətlər
- 21:49 Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi
- 21:33 Zərdabda ağır QƏZA - Ölən var
- 21:30 DƏHŞƏT! 14 yaşlı uşağı 3 nəfər vəhşicəsinə döydü
- 21:18 Dünya liderləri Misirdə Qəzza sülh sazişini imzaladılar
- 21:02 "Azərbaycan regional diplomatiyada ön sıralardadır" - Hikmət Hacıyev
- 21:00 Apple bu həftə yeni sürpriz edə bilər
- 20:54 Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 20:30 "Windows 10" tarixə qovuşur
- 20:23 Ermənistan hərbi rəhbərliyinin raket hücumları ilə bağlı əmrləri açıqlandı
- 20:04 İlham Əliyevlə Ərdoğanın səmimi görüşü... - VİDEO
- 19:59 İlham Əliyev Trampla görüşdü - VİDEO
- 19:47 “Azərişığ”ın təşkil etdiyi yarışların final turunda 12 komanda iştirak edəcək - FOTOLAR
- 19:38 Ərdoğan Meloniyə siqareti tərgirməyi tövsiyə etdi - VİDEO
- 19:26 Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək – Pop müğənnisi, steyk..
- 19:19 Meksikada ölənlərin sayı artdı
- 18:51 Rövnəq Abdullayevə ağır itki
- 18:46 Bakıda kişi küçədə öldü
- 18:32 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 18:19 Tramp Misirə getdi
- 18:03 Külək əsir, yağış yağır - Faktiki hava
- 18:00 Məşhur aktyor sərvətini görün nəyə xərcləyirmiş
- 17:55 Adil Kərimli görüş keçirdi - FOTOLAR
- 17:45 Türkiyədə film çəkilişi zamanı çaxnaşma
- 17:45 Pirallahıda bayrağa hörmətsizlik: Bayraq dirəyi boş qalıb - VİDEO
- 17:23 Çıxış edən Trampa ETİRAZ ETDİLƏR
- 17:10 Ərdoğanın təyyarəsi Misirə enmədi - SƏBƏB
- 16:54 Təcili yardım dolub daşır - 100 nəfərdən 13-də bu xəstəlik var
- 16:50 Azərbaycanlı alim kimyada 25 illik elmi mübahisəyə son qoydu
- 16:41 Trampı qarşılayan Netanyahunun ilk sözləri bu oldu
- 16:31 "Azərbaycan regionda sülh, əməkdaşlıq və qarşılıqlı inkişafa yönəlmiş siyasət yürüdür" - Deputat
- 16:25 Azərbaycanda vəzifəli şəxsin oğlu hoteldə öldü - Foto
- 16:15 Kamal Abdullanın İğdırda 75 illik yubileyi ilə bağlı konfrans keçirildi - FOTOLAR
- 16:10 QR ödənişlər bu sahələri də əhatə edəcək - Qiymət artımını dayandıracaq?
- 16:03 MDB və Türk Dövlətləri ilə güclü əməkdaşlıq - Azərbaycanın diplomatik uğuru

