Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Manset.az xəbər verir ki, sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyət Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib.
Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər.
Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek Iskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda "Zərdabi nəşr"də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
17:50 - 24 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 Fevral 2026 - 19:33
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
09 Fevral 2026 - 10:12
İcra başçısının bacısı işdən çıxarıldı
09 Fevral 2026 - 22:53
Bakıda məşhur restorana od vurub, qapıları kilidlədilər - VİDEO
09 Fevral 2026 - 16:51
İlham Əliyev onu icra başçısı təyin etdi - SƏRƏNCAM
09 Fevral 2026 - 16:39
Azərbaycanda sənədsiz evlərlə bağlı qərar verildi
09 Fevral 2026 - 11:26
Naxçıvana yeni Baş nazir təyin olundu
09 Fevral 2026 - 14:00
Azərbaycanda 2 həkim həbs edildi
09 Fevral 2026 - 21:17
Bir neçə gün əvvəl bıçaqlanan 7 yaşlı uşağın VƏZİYYƏTİ
09 Fevral 2026 - 22:35
Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək
09 Fevral 2026 - 19:03
Sabah 45 kənddə qaz kəsiləcək - XƏBƏRDARLIQ
09 Fevral 2026 - 18:09
Hazırda 17 yolda tıxac var - SİYAHI
09 Fevral 2026 - 12:25
Türkiyədə məktəbdə iyrənc hadisə
Xəbər xətti
- 10 Fevral 2026
- 01:30 "Tottenhem"in futbolçusu sıradan çıxdı
- 00:30 Uşaqlar niyə aqressivləşir? - Telefonla bağlı xəbərdarlıq
- 09 Fevral 2026
- 23:58 "ABŞ-İran arasında müharibə ehtimalı yoxdur" - Hakan Fidan
- 23:54 Qurban Qurbanovun qızının toyudur - VİDEO
- 23:51 Siyəzən sakini dəm qazından zəhərləndi
- 23:50 Xameneidən gərginlik yaradacaq sözlər - İrandan ABŞ-yə görüş mesajı
- 23:46 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:32 “Azərbaycan Mədəniyyəti – 2040” konfransından FOTOLAR
- 23:14 Ronaldo boykotu dayandırdı - “Əl-Nəsr”ə qayıdır
- 22:53 Bakıda məşhur restorana od vurub, qapıları kilidlədilər - VİDEO
- 22:35 Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək
- 22:16 Hakan Fidan Əraqçi ilə müzakirə apardı
- 21:52 Ermənistan Prezidenti Cey Di Venslə görüşdü
- 21:34 Bakıda və Sumqayıtda evlərdən 2 meyit tapıldı
- 21:17 Bir neçə gün əvvəl bıçaqlanan 7 yaşlı uşağın VƏZİYYƏTİ
- 20:51 Vüqar Məmmədovun həbs müddəti uzadıldı
- 20:37 “Biz həmin səhv addımı atmamışıq” - Prezident
- 20:28 "Turan Tovuz" "Karvan-Yevlax"a qalib gəldi
- 20:23 Prezident bu şirkətlərin rəhbərlərini qəbul etdi - FOTOLAR - YENİLƏNİB
- 20:12 Əli Kərimlinin həbsi ilə bağlı yeni QƏRAR
- 19:53 Zaur Axundova cinayət işi açıldı - Böyük yeyinti
- 19:33 SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- 19:20 General-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olundu
- 19:03 Sabah 45 kənddə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 18:48 Şeyx Əbdül xəstəxanadan evə buraxıldı
- 18:32 “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - Kövsər Orucbəyli
- 18:21 36 yaşlı kişi dərmandan zəhərlənərək öldü
- 18:19 Venslə Paşinyan arasında görüş başladı
- 18:09 Hazırda 17 yolda tıxac var - SİYAHI
- 17:45 Epşteynin sevgilisinə qoyduğu miras şok etdi - Dodaquçuqladan rəqəm
- 17:37 Yolda maşınının önünə keçdilər, silahla vurdu - "Peşman deyiləm, fəxr edirəm"
- 17:33 Pensiyalar bu qədər ARTACAQ
- 17:21 Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- 17:21 Avropa İttifaqı "WhatsApp"ı günahlandırdı
- 17:12 Dünyaca məşhur musiqiçi vəfat etdi - FOTO
- 17:09 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
- 17:00 Livanda 2 bina çökdü - Çox sayda ölən və yaralananlar var
- 16:58 İlham Əliyevdən yeni FƏRMAN
- 16:56 Prezidentdən pensiyalarla bağlı mühüm SƏRƏNCAM
- 16:52 Elon Maskdan İspaniya Baş nazirinə qarşı böyük İDDİA
- 16:51 İlham Əliyev onu icra başçısı təyin etdi - SƏRƏNCAM
- 16:45 Barak Obama və xanımını təhqir edən videonu Tramp paylaşıb? - Cavab verdi
- 16:44 Ağır çanta bəhanəsi ilə uşaqları soydu - ANBAAN VİDEO
- 16:39 Azərbaycanda sənədsiz evlərlə bağlı qərar verildi
- 16:35 Klinika sahibinin qətl törədən oğlunun cəzası yüngülləşdirildi
- 16:26 ABŞ-də güclü qar can aldı - 17 ölü var
- 16:24 Azərbaycand ŞOK! Qayınatası maşın almadığı üçün arvadını döydü
- 16:20 Uşaq İncəsənət Məktəbinə Xalq artistinin adı verildi
- 16:20 İsraildən ABŞ-yə İran XƏBƏRDALIĞI - "Vura bilərik!"
- 16:16 Bu məktəbə Fikrət Qocanın adı verildi
- 16:07 Aybəniz Haşımovaya vəzifə verildi