Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Romaya səfəri çərçivəsində dekabrın 18-də İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franco Antonio Mirenzi ilə görüşüb.
Manset.az xəər verir ki, naziri salamlayan rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, əsrlərlə yaşı olan konservatoriya müxtəlif adlar və statuslarla fəaliyyət göstərib. 1923-cü ildən indiki adını alan məktəb İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.
Adil Kərimli səmimi görüşə və konservatoriya haqqında ətraflı məlumata görə rektora təşəkkürünü bildirib.
Söhbət zamanı nazir ölkəmizin musiqi mədəniyyəti barədə söz açıb, bu sahədə aparıcı təhsil ocaqlarından danışıb. Bildirib ki, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olub. Görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbül XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri alıb, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Sonralar da istedadlı gənclərimiz Avropanın məşhur bədii təhsil ocaqlarında oxuyublar.
Qeyd olunub ki, köklü ənənələri olan Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər. Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.
Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan mədəniyyət elçiləri toplantısı məqsədilə İtaliya paytaxtına səfər edib.
Nazir Santa Çeçiliya Konservatoriyasının rektoru ilə görüşdü - FOTO
11:55 - 19 Dekabr 2024








Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycanlı müğənni özünə SAXTA toy edib? - "Rəsmi nikahımız yoxdur!" - VİDEO

Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI

Mədəniyyət naziri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirildi - FOTOLAR

Azərbaycan tarixinə həsr olunmuş yeni film çəkilir - FOTOLAR

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Əminə Yusifqızı ilə vida mərasimi keçiriləcək

Nadir Qafarzadə nəvəsinin cinsiyyətini və adını açıqladı

Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

“Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərginin açılışı oldu - Fotolar

TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

“Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq
Xəbər xətti
- 12 Oktyabr 2025
- 16:42 Ukrayna ilə oyuna yollanmış Azərbaycan millisi baqajını itirdi
- 16:23 Əfqanıstanla toqquşmada Pakistanın ölən hərbçilərinin SAYI
- 15:52 Haaland futbol tarixinə düşdü
- 15:30 Hacıqabulda iki yük maşını toqquşdu - Ölən var
- 15:15 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- 15:00 HƏMAS silahlarını təhvil verməyəcək
- 14:45 Xəstə heyvanların əti Bakıya gətirilir?
- 14:25 Peskov Moskva-Bakı əlaqələrindən danışdı
- 14:05 “Sülh Sammiti”nə kimlər qatılacaq?
- 13:50 Azərbaycanlı müğənni özünə SAXTA toy edib? - "Rəsmi nikahımız yoxdur!" - VİDEO
- 13:30 Azərbaycanda 16 yaşlı qız ana oldu
- 13:15 Məşhur azərbaycanlı idmançı karyerasını BİTİRDİ
- 13:00 Həftənin ilk iş gününün HAVASI
- 12:55 “Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi
- 12:40 Cabir son vaxtlar buna görə efirə çıxmırmış
- 12:25 Zirzəmidən köməksiz vəziyyətdə körpə TAPILDI
- 12:10 “İşığa doğru” filminin təqdimatı oldu - FOTOLAR
- 11:50 HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq
- 11:30 İlham Əliyev İspaniya kralını təbrik etdi
- 11:20 8-ci dəfə prezidentliyə namizədliyini irəli sürdü - 92 yaşı var
- 11:00 XİN Qətərə başsağlığı verdi
- 10:55 Misirdə üç Qətər diplomatı yol qəzasında həlak oldu
- 10:40 Avtobuslarda "QR-kod"la ödənişlərdə əlavə pul çıxılır?
- 10:20 UEFA seçmə turnirlərin qaydalarını dəyişə bilər
- 10:00 ABŞ-də dəhşətli PARTLAYIŞ - 16 nəfər öldü
- 09:42 Pakistan Əfqanıstan sərhədində 19 məntəqəni ələ keçirdi
- 09:27 DÇ-2026: Türkiyə Bolqarıstanın "daşını daş üstə qoymadı" - Gecənin matçları
- 09:15 Toydan sərnişin gətirən avtobus mikroavtobusla toqquşdu - Foto
- 09:00 Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın
- 08:30 Uşağın gələcəyini məhv edən valideyn vərdişi
- 08:00 Yaddaşımız niyə zəifləyir?
- 01:30 Baş ağrısını dərmansız kəsin - 4 üsul
- 00:30 “Qalatasaray”ın Lukas Beraldo planı
- 11 Oktyabr 2025
- 23:58 Bayden xərçəngə qarşı yeni müalicəyə başladı
- 23:47 Bu rayonda işıq olmayacaq - Sakinlərin nəzərinə
- 23:34 Meksikada daşqınlarda ölənlərin sayı artdı - YENİLƏNİB
- 23:21 Yerin maqnit sahəsində zəif dalğalanmalar qeydə alındı
- 22:57 Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
- 22:36 Azərbaycan yığması İsrailə məğlub oldu
- 22:12 Efiopiyada zəlzələ baş verdi
- 21:55 Ağdamda ağır qəza - Yaralılar var
- 21:41 Azyaşlı bacı və qardaşları zəhərləndi - Vəziyyətləri ağırdır
- 21:21 Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
- 20:44 Payız və qışda D vitamini çatışmazlığı RİSKİ ARTIR
- 20:33 Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI
- 20:19 İşi daim kompüterlə olanlara həkimdən xəbərdarlıq
- 19:51 Filippin sahillərində güclü zəlzələ oldu
- 19:37 Goranboyda təmir sexi və avtomobil yandı
- 19:23 "Trampla məhsuldar söhbətimiz oldu" - Zelenski
- 18:51 Azərbaycan 4 ölkə ilə birgə hərbi təlimə qatılacaq
- 18:34 ABŞ-də atışma - Ölənlər var

