Əməkdar artist Çingiz Əhmədov bir müddət əvvəl yayılan ölüm xəbərindən danışıb.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, “Səhər görüşləri” verilişinə zəng edən aktyor telefonuna çox sayda zəng gəldiyini bildirib:
“Bilmirəm nə şayiələrdir. Başa düşmürlər ki, indi 3 kanalda çalışıram, hər gün efirdəyəm. Bilmirəm kimə lazım idi bu xəbər. Elə ziyalı adamlar zəng edirlər ki… Telefonu götürəndə səksənirlər ki, bu kimdir?”
Qeyd edək ki, Ç.Əhmədovun ölüm xəbəri yayılmışdı.