Əməliyyat edilən aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti açıqlanıb.
Manset.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə aktyorun bacısı Dilarə Əliyeva bildirib ki, o, artıq reanimasiyada deyil, amma hələ də xüsusi nəzarət altındadır.
“Həkimlər yanına heç kimi buraxmırlar, çünki bərpa dövründə olduğu üçün infeksiya yoluxa bilər”, – Dilarə Əliyeva qeyd edib.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
Xatırladaq ki, aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızması və əməliyyat olunması ilə bağlı ilk məlumatı Manşet.az saytı yayımlayıb.