İncəsənət müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşdı

13:57 - 01 İyul 2025

İncəsənət müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşdı

Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb.


Manset.az xəbər verir ki, proses ölkənin beş regionunda həyata keçirilib.

Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə 4 min müəllimi əhatə edib.

Attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu həcmdə imtahan prosesi Mədəniyyət Nazirliyi sistemində ilk dəfə gerçəkləşib:

“Musiqi-incəsənət məktəblərində fəaliyyət göstərən təqribən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.

O, digər müəllimlərin də attestasiyaya cəlb olunmasının 2026-cı ilin sonuna qədər yekunlaşdırılacağını vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az