Türkiyənin məşhur cütlüyü Fahriyə Evcen və Burak Özçivitin boşanacağı ilə bağlı yayılan iddialar sosial mediada geniş rezonans doğurub.
Manset.az xəbər verir ki, 13,7 milyon izləyicisi olan Evcenin profil məlumatlarında etdiyi bir dəyişiklik diqqət çəkib. Aktrisa profilindəki “Özçivit” soyadını silib. Bu addım izləyicilər tərəfindən sürətlə fərq edilib və cütlüyün boşanacağı ilə bağlı müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan iddialar geniş şəkildə paylaşılarkən, bir neçə saat sonra Fahriyə Evcen profilinə yenidən "Özçivit" soyadını əlavə edib. Bu ani dəyişiklik hər kəsi təəccübləndirsə də, cütlük tərəfindən hələlik məsələ ilə bağlı rəsmi bir açıqlama verilməyib.