Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun aktyor oğlu Sənan Kazımovun bu gün toyudur.
Manset.az xəbər verir ki, aktyor 7 illik münasibətdə olduğu aktrisa Aygün Fətullayeva ilə ailə həyatı qurur.
Cütlüyün toy mərasimi Bakıdakı restoranların birində baş tutur.
Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrının əməkdaşlarıdır. Onların nişanı avqust ayında keçirilib.