"Restoranlarda adam əlindən yer yoxdur"

01:30 - 27 Noyabr 2025

\"Restoranlarda adam əlindən yer yoxdur\"

"Restoranlarda adam əlindən yer yoxdur. Uşaqlar restoranlarda böyüyürlər. Onlar məktəbdə böyüməlidirlər. Uşaqlar "cıqqa-cıqa" tərzində mahnılara qulaq asırlar. Gecə 12-yə qədər restoranda olan uşaq necə dərs oxusun, məktəbə getsin?"


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Xoş sabah” verilişində qonaq olarkən deyib. O, uşaqların dinlədiyi mahnıları pisləyib: 

"Uşaqlar “Sigma boy” kimi mahnılara qulaq asırlar. Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Rəşid Şəfəq, Qəmbər Hüseynli, Elza Seyidcahanın mahnılarını kim oxuyacaq? Baxça direktoruna yaxınlaşıb dedim ki, bizim uşaq bəstəkarlarının mahnılarını kim oxuyacaq? Deyir, onların bizdə səs yazısı yoxdur. Bəs musiqi müəllimləri not öyrənirlər, nota baxıb pianoda ifa edirlər. Mən də uşaqlar üçün mahnılar bəstələmişəm. Amma görürəm ki, uşaqları tez böyüdür, qocaldırlar".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az