Məşhur türk aktrisa Azərbaycan mahnısı paylaşdı - VİDEO

23:24 - 04 Dekabr 2025

Məşhur türk aktrisa Azərbaycan mahnısı paylaşdı - VİDEO

Türkiyənin sevilən aktrisası, hal-hazırda "Eşref Rüya" serialında baş rolu ifa edən Demet Özdemir sosial şəbəkədə maraqlı paylaşım edib.


Manset.az xəbər verir ki, aktrisa bacısı Derya Özdemirin paylaşdığı videonu öz Instagram hekayəsində paylaşaraq izləyicilərinə təqdim edib. Demet həmin görüntüyə "Mən də səni sevirəm" sözlərini əlavə edərək bacısına olan sevgisini ifadə edib.

Videonun arxa fonunda isə mərhum Xalq artisti, Azərbaycan musiqi mədəniyyətinin klassik adlarından biri olan Şövkət Ələkbərovanın "Bahar sənsiz" ifası səslənib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az