Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert verdi - FOTOLAR

15:40 - 07 Dekabr 2025

Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert verdi - FOTOLAR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə qastrol səfərləri təşkil edilir. 


Manset.az xəbər verir ki, layihə çərçivəsində dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzi Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib.

Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə orkestrin solistlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin sevilən xalq mahnıları təqdim olunub. 

Orkestrin bədii rəhbəri və baş dirijoru, respublika və beynəlxalq müsabiqələr laureatı, prezident mükafatçısı Mustafa Aşurovdur.

Layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin – xüsusilə, gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az