''Sevgiyə vaxtım yoxdur'' - Mahsun Kırmızıgül

21:53 - 17 Fevral 2026

\'\'Sevgiyə vaxtım yoxdur\'\' - Mahsun Kırmızıgül

Məşhur sənətçi Mahsun Kırmızıgül Kıbrısta pərəstişkarları ilə bir araya gəlib. “Bu gecə sevgililər üçün çox xüsusi bir repertuar hazırladım” deyən Kırmızıgül, dinləyicilərinin onu “ruh həkimi” kimi gördüyünü bildirib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kırmızıgül sözlərinə belə davam edib:

“Ruh həkimi olduğumu mən demirəm, məni dinləməyə gələnlər deyir. Onlara terapiya kimi təsir edirəm.”

“Qız uşağı atası olmaq dünyadakı ən gözəl şeydir”

Mahsun Kırmızıgül, öz ruhunun həkiminin 9 yaşlı qızı Lavin olduğunu söyləyib. Qızına çiçək göndərdiyini danışan Kırmızıgül, yaşadığı emosional anı belə paylaşıb:

“Beni aradı və dedi ki, ‘'Dünyanın ən yaxşı atası sənsən. Heç bir qız dostumun atası qızına çiçək göndərmir’'

Bu məni çox sevindirdi. Qız uşağı atası olmaq dünyadakı ən gözəl şeydir.”

Kırmızıgül sevgi həyatı barədə də açıqlamalar verib:

“Həqiqətən sevgi üçün vaxt ayıra bilmirəm. Davamlı səhnədəyəm, bir tərəfdən də yeni ssenarilər yazıram.”

Keçmişdə gözəl sevgilər yaşadığını deyən Kırmızıgül, qismət inancını da ifadə edib:

“Mən Tanrının yazdığı ssenarilərə inanıram. Əlbəttə bir gün o sevgi qarşıma çıxacaq.”

Həmçinin yeni kino layihəsindən də danışan Kırmızıgül, əvvəllər yazdığı bir Qara dəniz filmi ssenarisini yenidən gündəmə gətirdiyini açıqlayıb.

“Bu film indiyə qədər çəkilmiş ən böyük sevgi filmi olacaq. Tamaşaçılar ağlamaqdan kinoteatrdan çıxa bilməyəcək,” – deyən Kırmızıgül filmdə yalnız rejissor olaraq iştirak edəcəyini, aktyor heyətinin isə hələ də dəqiqləşmədiyini bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az