“Aşkın kıyameti” serialında birlikdə rol alandan sonra sevgili olan aktrisa Pınar Denizlə aktyor Yiğit Kirazcı ayrılıb.
Manşet.az xəbər verir ki, cütlüyün ayrılması sevənlərini məyus edib.
Pınarla Yiğit bir müddət əvvəl sosial şəbəkədə bir-birilərini təqibdən çıxarmışdı.
Sonuncu dəfə 4 noyabrda Pınarın ad günündə Yiğit paylaşım edərək, “Yaxşı ki dünyaya gəlmisən” yazmışdı.