Müğənni Xatirə İslam sosial şəbəkədə yeni paylaşım edib.
Manset.az xəbər verir ki, sənətçi “Instagram” hesabında əməliyyatdan sonra lentə alınan görüntülərini yayımlayıb.
Qara libasda videosunu paylaşan Xatirə 10 kiloqram arıqladığını deyib.
Daha sonra fotosunu paylaşan Xatirənin “Photoshop”dan istifadə etdiyi açıq aydın görünür. Sənətçinin bu görüntüsü müzakirələrə səbəb olub.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl bıçaq altına yataraq bədən şəkilləndirmə əməliyyatı etdirib.
Sözügedən fotonu təqdim edirik: