Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTOLAR

12:14 - 16 Mart 2022

Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir - FOTOLAR

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

 

Manset.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az