Afətdən Xalq artistinə ağır ittiham: "Ömrü məhkəmələrdə keçib" - FOTO

13:00 - 02 Aprel 2022

Afətdən Xalq artistinə ağır ittiham: \"Ömrü məhkəmələrdə keçib\" - FOTO

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə məhkəməlik olduğu Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, sənətçi instaqram hesabında Flora Kərimovanın bu günə qədər məhkəməyə verdiyi şəxslərdən yazıb. O, yerli mətbuatda dərc olunan həmin xəbərlərin başlığınının fotosunu paylaşıb. 

Fərmanqızı Xalq artistinin bu günə qədər çoxsaylı məhkəmələrdə uduzduğunu və yenə də qalib gələ bilməyəcəyini deyib:

"Baxın bu yaşda insanın etdiyi işlərə. Faiq Ağayev, Röya Ayxan, İlhamə Quliyeva, Ülviyyə Alovlu, sosial şəbəkə istifadəçisi gənc bir xanım və indi də mən. Nəticədə isə hələ heç kimin üzr istədiyi və ya cəza aldığını görmədik.

Əksinə, Faiq bəyin ve İlhamə xanımın məhkəməni udduğunu bildik. Ülviyyə xanımla bağlı isə proses hələ də davam edir. Məndə də görməyəsisən! Çünki qanun şahdır. Bunun ömrü-günü məhkəmələrdə keçib. Hələ bildiklərimiz bunlardır".

Qeyd edək ki, Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir. İkili arasında ötən ay keçirilən məhkəməyə Flora xanım gəlsə də, Fərmaqnızı bu prosesdə iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az