Əməkdar artist Firuzə İbadova müğənni Türkan Vəlizadəni tənqid edib.
Manset.az xəbər verir ki, "MTV" kanalına müsahibə verən sənətçi Türkanı ciddi mahnılar oxuması barədə tənbeh edib:
“Bir az ciddi musiqi ifa etsəydi: xalq mahnıları, gözəl bəstəkarların mahnılarını oxusun. Bir az belə mahnılarla yaddaşlarda qalsınlar. Özlərində kodlaşdırılmış cümlədir ki, bunu oxumasam toya aparmayacaqlar. Keyfiyyətli musiqi ilə insan həm xalqın yadında, həm tarixdə qalar”.