Əməkdar artist Əkbər Əlizadə şəxsi həyatı ilə gündəmə gəlib.
Manset.az xəbər verir ki, "7 canlı" verilişinə qonaq olan aktyor xanımı Səbinənin Azərbaycan Milli Konservatoriyasını vokal üzrə bitirdiyini deyib. Əlizadə özü sənət aləmində olsa da, o, xanımına heç vaxt efirdə oxumağa icazə verməyib.
İşlərinin çoxluğuna baxmayaraq Əməkdar artist ailədə övladlarının təhsili ilə maraqlandığını deyib. Əlizadə həyat yoldaşının hazırda efirlərdə oxumadığını, lakin Azərbaycan Dövlət Akademik Filarmoniyasında çalışdığını bildirib.
Ətraflı videoda: