Renat İbrahimov vəfat etdi

12:43 - 15 May 2022

Renat İbrahimov vəfat etdi

SSRİ xalq artisti, müğənni, bəstəkar, aktyor Renat İbrahimov Moskvada 75 yaşında vəfat edib.

 

Manset.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, sənətçinin qızı təsdiqləyib. 

“Bəli, atam rəhmətə getdi. İndi mənim üçün çox çətindir”, - deyə o bildirib. 

Renat İbrahimov sovet və rus estrada müğənnisi (bariton), aktyor, bəstəkar, prodüser, kinorejissor, Renat İbrahimov adına Mahnı Teatrının bədii rəhbəri olub. O, 1947-ci il noyabrın 20-də Lvovda anadan olub və uşaqlıqdan ailəsi ilə Kazanda yaşayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az