"Leyli" arxiv görüntülərini paylaşdı - FOTO

13:50 - 16 May 2022

\"Leyli\" arxiv görüntülərini paylaşdı - FOTO

Xalq artisti Flora Kərimova arxiv görüntüləri ilə gündəmə gəlib.

 

Manset.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında illər əvvəl "Leyli" obrazını canlandırdığı zaman lentə alınan şəkillərini paylaşıb.

Fotolarda mərhum sənətçilər Xalq artisti Bəhram Mansurov və Xalq rəssamı Mikayıl Abdullayev də yer alıblar. İfaçı arxiv görüntülərinə bu sözləri də əlavə edib:

"Bir neçə gün öncə Azərbaycan İncəsənət Müzeyində Mikayıl Abdullayevin fərdi sərgisində təsadüfən öz şəklimi gördüm. Şəkildə sağ tərəfdə Mikayil Abdullayev, solda isə Bəhram Mansurov dayanIB. "Leyli" olduğum zamanın səhnə tərtibatını Mikayıl bəy verib. Düşündüm ki, dahilərin əlindən tutub səhnəyə çıxardığı insan olmaq sənətkar üçün bir başqa xoşbəxtlikdir!".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az