"Toppuş bacı"nın həyat yoldaşından TƏSİRLİ PAYLAŞIM: "Bu fotonu mənə atıb dedi ki..." - FOTO

00:25 - 02 Mart 2023

\"Toppuş bacı\"nın həyat yoldaşından TƏSİRLİ PAYLAŞIM: \"Bu fotonu mənə atıb dedi ki...\" - FOTO

"16 noyabr 2016-ci il çəkilişindən mənə bu şəkili çəkib atdı ki, Röyal, mən ilk selfimi çəkdim. Elə sevinirdi ki, gözəl, nur üzlü həyat yoldaşım". 

 

Manset.az xəbər verir ki, bu sözləri yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən vəfat edən "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal mərhum xanımının "Instagram" hesabında yazıb.  

Röyal mərhum aktrisanın 7 il əvvəl çəkilən selfisini paylaşaraq, Tünzalə üçün çox daxırdığını bu sözlərlə ifadə edib:

"Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən kiçik şeylərdən belə xoşbəxt olmağı bacarırdı. İnsan özü-özü ilə nə qədər danışar. Bezmişəm tək danışmaqdan. Rəbbim şahiddir ki, sənə qovuşacaq günü necə gözləyirəm. Hələlik o günə qədər sənin məndə yadigar qalan parçanla davam edəcəyəm".  

Qeyd edək ki, Tünzalə Əliyeva 49 yaşında müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. Onun 6 yaşlı Zəhra adında bir qız övladı var.  
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az