Rəqsanə AĞLADI: "Sabahlarımızı, orucumuzu Hacı Şahinlə açırdıq" – VİDEO

20:51 - 02 Mart 2023

Rəqsanə AĞLADI: \"Sabahlarımızı, orucumuzu Hacı Şahinlə açırdıq\" – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında video paylaşaraq, göz yaşı içində mərhumla bağlı fikirlərini dilə gətirib.

"Səhər açılandan Hacı Şahinin ölümü o qədər mənə pis təsir edib ki, heç özümə gələ bilmirəm. Bu gün bütün günü ağlamışam. Allah rəhmət eləsin. Allah yaxınlarına səbr versin. Çox heyiflər olsun. Ramazan, Orucluq aylarını demək olar ki, onun danışıqları, çıxışları ilə keçirirdim.

Hər Ramazanda Hacı Şahinin səsinə qulaq asırdıq. Orucumuzu, sabahımızı onun səsi ilə açırdıq. Allah şahidimdir ki, o qədər pis olmuşam (ağlayır)... Belə insanlar çox nadir hallarda həyata gəlirlər. Heç kimə qalmayan, etibarsız dünya...

Səhər açılandan matəmin, yasın içindəyəm. Belə insanların qədrini bilmək lazımdır. Hamımız Allahın bəndəsiyik, amma o çox gözəl insan idi", - deyə Rəqsanə vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahin ürək tutmasından dünyasını dəyişib. Mərhum bu gün Qurd Qapısı ərazisində yerləşən məzarlıqda torpağa tapşırılıb. //Bizim.Media

Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az