Rəqqasə Fatimənin köməkçisini maşın vurdu - Vəziyyəti ağırdır

10:29 - 16 Mart 2023

Rəqqasə Fatimənin köməkçisini maşın vurdu - Vəziyyəti ağırdır

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Bayramzadə rəqqasə Fatimənin köməkçisidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az