Keçən il konsertində söylədiyi sözlərə görə həbs olunan müğənni Gülşənin davam edən işi ilə bağlı qərar verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Gülşən Çolakoğluna "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək" ittihamı ilə 10 ay həbs cəzası verilib və hökmün elanı təxirə salınıb. İstanbul 11-ci Cəza Məhkəməsində keçirilən iclasa həbssiz mühakimə olunan Gülşən Çolakoğlu qatılmayıb.
İclasda Gülşənin vəkilləri iştirak edib.
Manşet.az