Pərviz kriminal aləmlə bağlı meyxana deməyəcək: Bu səbəbə görə - FOTO

09:29 - 05 May 2023

Pərviz kriminal aləmlə bağlı meyxana deməyəcək: Bu səbəbə görə - FOTO

Meyxanaçı Pərviz Bülbülə (Pərviz Məmmədov) sosial şəbəkədə məslislərdə ondan ifa sifariş edən pərəstişkarlarına müraciət edib.

Manset.az  xəbər verir ki, o, kriminal aləm və cinayətkarlıqla bağlı ifalarının məclislərdə ondan sifariş olunmamasını xahiş edib:

"İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil. Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az