Əkizlərə dəstək olduğu üçün tənqid olundu

21:50 - 08 May 2023

Əkizlərə dəstək olduğu üçün tənqid olundu

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya 2023"də təmsil edən Tural və Turan Bağmanov qardaşlarının ötən gün müsabiqənin açılış mərasimindəki tərzi müzakirələrə səbəb olub.

 

Manset.az xəbər verir ki, saç düzümü, makiyajı və geyimlərinə görə tənqid olunan əkizlərə müğənni Nadir Qafarzadə dəstək olub.

Sənətçi sosial şəbəkədə onların fotosunu paylaşaraq "Sizə uğurlar. Əgər haqqınızda danışırlarsa, demək ki, artıq ulduzsunuz. İncəsənət qurban tələb edir" sözlərini yazıb.

Müğənninin əkizləri dəstəkləməsiilə bağlı paylaşımı izləyiciləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Turan və Turalın qalmaqallı görünüşü üzərində Fuad Hacıyev və Niko Lab çalışıb. Geyimin müəllifi isə dizayner Aysel Sadıqovadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az