Əlibaba Məmmədovun qəbirüstü abidəsi niyə qoyulmur? - FOTO

19:36 - 11 May 2023

Əlibaba Məmmədovun qəbirüstü abidəsi niyə qoyulmur? - FOTO

Ötən il fevralın 25-də vəfat edən muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.

 

Manset.az  APA-ya istinadla yazır ki, bu barədə məlumat verən sənətkarın qızı Rəqsanə Məmmədli qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmadığını bildirib:

"Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”.

R.Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu da əlavə edib: "Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar. Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov ölkə mədəniyyətinə xidmətlərinə görə, "Şöhrət”, "İstiqlal” və "Şərəf” ordenlərinə layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az