Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.
E.Cəlilovun həbs olunması haqda xəbəri ilk olaraq olay.az saytı yayıb.
***
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
Manset.az Olay-a istinadən xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ailə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdıqlarını açıqlayıblar.