Müğənni Tuncay Bərdəli avtomobil qəzası keçirib.
Manset.az xəbər verir ki, sənətçinin qara rəngli "Galendewagen" markalı bahalı avtomobili qarşıdan gələn başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.
Yaşadığı qəza ilə bağlı BAKU.WS-ə açıqlama verən müğənni səhhətində heç bir problem olmadığını bildirib:
"Hazırda özümü yaxşı hiss edirəm. İnsanın başına iş gələr. Cana gələn, mala gəlsin. Dünya malı dünyada qalır. O maşından da yaxşısını almaq olar. Təki sağlamlığımıza bir şey olmasın".