"Kurtlar Vadisi"nin əfsanəvi oyunçusu illər sonra ekranlara qayıtdı - FOTO

16:06 - 01 İyun 2023

\"Kurtlar Vadisi\"nin əfsanəvi oyunçusu illər sonra ekranlara qayıtdı - FOTO

Kurtlar Vadisi serialında Laz Ziyanın qızı Meralı canlandıran Müge Ulusoy 'Kapı' serialı ilə çəkilişlərə qayıtma həyəcanını yaşayır.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ulusoy TRT-nin rəqəmsal kanalı üçün çəkilən “Kapı” serialının heyətinə qatılıb. Rejissoru Nihat Özcanın olduğu serialda Müge Ulusoy 8 yaşlı oğlu olan və iş adamı əri tərəfindən zorakılığa məruz qalan Sevgi rolunu canlandıracaq.

Müge Ulusoy jurnalist Birsen Altuntaşa açıqlamasında yenidən çəkilişlərə başladığı üçün həyəcanlı olduğunu bildirib: “Çoxlu ssenari oxudum və tələsmədən oynamağı çox sevəcəyim rolu seçdim. Oxuyan kimi 'hə' dediyim Sevgi obrazına həyat verəcəyim üçün həyəcanlanıram. Darıxdığım setlərdə peşəmlə məşğul olmağa davam edəcəyəm”.

 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv