“Bayağı mahnılar gəncliyimizin tərbiyəsini pozur“ - VİDEO

20:34 - 14 İyun 2023

“Bayağı mahnılar gəncliyimizin tərbiyəsini pozur“ - VİDEO

Xalq artisti Mənsum İbrahimov efirlərdə bayağı mahnıların səslənməsinin qarşısının alınması üçün şura yaradılması ilə bağlı təklif irəli sürüb.

 

Manset.az bizim media-ya istinadən xəbər verir ki,  bu haqda sənətkar qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Xalq artisti bildirib ki, bayağı mahnılar gənclərimizin tərbiyəsini pozur:

"Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az