Bir ilə yaxındır ki, lenfoma xəstəliyindən müalicə olunan Athena qrupunun gitara ifaçısı Hakan Özoğuzdan xəbər var.
Manset.az xəbər verir ki, Athena qrupunun gitara ifaçısı limfa xərçəngindən (lenfoma) aldığı müalicəsinin bitdiyini, səhhətinin yaxşı olduğunu bildirib:
"Hər kəsə salamlar. Bildiyiniz kimi müalicə prosesində idim və indi bu prosesin sonuna gəldiyimi bildirmək istəyirəm. Hər şey lazım olduğu kimi gedir, çox şükür. Mən Bu müddətdə yanımda olan ailəmə, sevdiklərimə, dostlarıma və həkimlərimə təşəkkür edirəm. Xoş arzular və dualarınız üçün təşəkkür edirəm. İndi sizi konsertlərdə, layihələrdə və albomlarda görmək ümidi ilə, əlvida”.