Türkiyəli aktyor Şevket Çoruh şəxsi həyatı ilə gündəmə gəlib.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Özgə Turna ilə toy edib.
Cütlüyün simvolik nikahını isə aktyor Müjdat Gezen bağlayıb.
Qeyd edək ki, cütlük 5 il öncə ailə həyatı qurub. Onların 3 yaşında qızı var.