Əfsanəvi “The Beatles” musiqi qrupunun üzvü Rinqo Starr qrupun maraqla gözlənilən yeni mahnısı ilə bağlı açıqlama verib.
Manset.az Sözcü-yə istinadən xəbər verir ki, 82 yaşlı britaniyalı musiqiçi Rinqo Starr, 1970-ci ildə dağılan qrupun 1980-ci ildə vəfat edən üzvü Con Lennonun səsini süni intellekt vasitəsilə alətdən ayıraraq yeni mahnısında istifadə etməsi ilə bağlı təfərrüatları açıqlayıb.
Rolling Stone-a danışan məşhur musiqiçi bildirib ki, yeni trek üçün mərhum Lennonun süni intellektlə vokallarını "heç vaxt" təqlid etməyəcəklər və bunun əvəzinə əvvəlcədən yazılmış hissəcikləri təmizləmək üçün süni intellektdən istifadə edəcəklər.
Starr mahnıda mərhum Corc Harrisonun səsi olacağını bildirib.
Jalə
Manşet.az