Türkiyəli aktrisa Sevda Erginci ilə aktyor sevgilisi Yılmaz Kunt barışıb.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Muğlada alış-veriş mərkəzində görülüb. Sevgililərin yanında aktyor İsmayıl Ege Şaşmaz da olub.
Qeyd edək ki, aktrisa sevgilisinin başqa xanım ilə ismarışları ortaya çıxdıqdan sonra ayrılmışdı.