Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.
Mədəniyyət Nazirliyindən Manset.az-a bildirilib ki, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.
Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.
Allah rəhmət eləsin!