Türkiyənin “Emmy” mükafatlı aktyoru Haluk Bilginər açıqlaması ilə diqqət çəkib.
Manşet.az xəbər verir ki, insanların normadan artıq işlədiyini, lakin az qazanc əldə etdiyini bildirən aktyor buna etiraz edib:
“Mənə qalsa insanlar sadəcə günortaya qədər işləməlidir. Günortadan sonra isə təbiət qoynuna gedərək orada dincəlməli yaxud kitab oxumalıdır. Qardaşım, insan bir ev almaq üçün 70 il işləyərmi?”.