"İstənilən Xalq artistini susdura bilərəm" - Mehin Hümbətova

21:28 - 13 Sentyabr 2023

\"İstənilən Xalq artistini susdura bilərəm\" - Mehin Hümbətova

"Təhsilim incəsənət üzrədir və mən işimi görürəm. Şou-biznes sahəsində dostlarım yoxdur və buna can atmıram. Çünki şou-biznes aləmində intellektual səviyyə, şəxsi dəyərlər, həyata baxış olaraq heç kəsi özümə uyğun görmürəm. Məndən uzaq, Allaha yaxın olsunlar".

 

Manset.az bildirir ki bu sözləri müsahibəsində müğənni və teleaparıcı Mehin Hümbətova deyib. O, həmçinin qeyd edib:

"Bülbül adına orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişəm, 11 il muğam dərsi almışam, müəllimlərim rəhmətlik Əlibaba Məmmədov, Qəzənfər Abbasov olublar. Rəşad Həşimovdan cazı öyrənmişəm. Musiqi Akademiyasında Xuraman Qasımovanın sinfində oxumuşam. Korifeylərdən dərs almışam. Bu gün istənilən xalq artistini öz sənətimlə susdura bilərəm. Dilim də var dilçəyimdə. İşimi bilməyimdən irəli gəlir bu özgüvən. Mən məşhur olmaq, toylara getmək, göz önündə olmaq üçün oxumuram, Allahın verdiyi vergini dəyərləndirirəm"./metbuat.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv