"Ezhel" ləqəbi ilə tanınan reper Ömer Sercan İpekcioğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Manset.az axşam.az-a istinadən bildirir ki, reper Xalq artisti Flora Kərimovanın "Pərişanın mahnısı"nı ifa edib.
Qeyd edək ki, mərhum Xalq artisti Fikrət Əmirov tərəfindən bəstələnən əsər 1962-ci ildə "Böyük dayaq" filmində səsləndirilib.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            