Bu gün tanınmış jurnalist, televiziya aparıcısı İsmayıl Yaşaroğlunun toyudur.
Manset.az musavat.com-a istinadən bildirir ki, İsmayıl Yaşaroğlu Ruhəngiz Nəsirova ilə ailə həyatı qurur.
Qeyd edək ki, İsmayıl Yaşaroğlu İkinci Qarabağ savaşında qələmini silahla əvəz edən jurnalistlərdən biridir.
Belə ki, 2020-ci il noyabr ayının 5-də cəbhəyə yollanan jurnalist Xocavənd uğrunda gedən döyüşlərə qatılıb. Döyüşlər bitdikdən sonra isə Qubadlı və Laçının mühafizəsində iştirak edib.
Toydan eksklüziv görüntüləri təqdim edirik: