Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun Şimali Kiprdə gerçəkləşən konsertində onu müşayiət etməli olan komandanın PCR testi saxta çıxdıqdan sonra saxlanılıb. Həmin şəxslər barəsində 25 günlük həbs qərarı çıxarılıb.
Manşet.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının həbsxanaya göndərilən işçilərinin görüntüləri yayılıb. Onlar Büləntdən şikayətçi olub, xilas edilmələri üçün çalışmadığını vurğulayıblar:
"Bülənt Ersoy utanmadan sərvətini bizi xilas etmək üçün xərcləyəcəyini deyirdi. Hamını işindən-gücündən, dövlət məmurluğundan etdi. Biz saxta sənəd almadıq! Bizə sadəcə o sənədlərlə gedəcəyimizi dedilər. Haradan bilə bilərdik belə olduğunu?".
İşçilərdən biri ifaçıya səslənərək, əlindəki qandalları göstərib və "Görsün halımızı" sözlərini deyib.