Bu şəhərdə dünyada ilk dəfə uçan taksi olacaq - 2026-cı ildə uçuşlara başlayacaq

15:38 - 12 Fevral 2024

Bu şəhərdə dünyada ilk dəfə uçan taksi olacaq - 2026-cı ildə uçuşlara başlayacaq

Dubay dünyada uçan taksi xidməti göstərən ilk şəhər olmağa hazırlaşdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uçan taksinin 2026-cı ildə xidmətə girəcəyi gözlənilir.

Pilot və 4 sərnişini daşımaq qabiliyyətinə malik uçan taksinin atmosferə atdığı tullantıların sıfır olduğu bildirilib.

Qeyd olunub ki, maksimum uçuş məsafəsi 161 kilometr və maksimum sürəti saatda 320 kilometr olan uçan taksinin ümumilikdə 4 stansiyası olacaq: Dubay Beynəlxalq Hava Limanı yaxınlığında, şəhərin mərkəzində, Downtownda, Dubayda Marina və Palm Jumeirah.

Açıqlamada Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtının uçan taksi ilə 10 dəqiqəyə endiriləcəyi bildirilib.

Dubay Media Ofisi 2026-cı ilə qədər hava taksilərinin istifadəyə verilməsi ilə bağlı müqavilə imzalandığını açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az