Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti yaxşılaşıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə özü açıqlamasında bildirib.
"Çox şükür, bu dəfə hər şey yaxşı qurtardı. Artıq səhhətim normallaşır. Hələ ki müalicələrim davam edir, ümid edirəm ki, hər şey daha yaxşı olacaq".
Xatırladaq ki, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə V.Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.