Kenan Doğulu Beren Saatın ad gününü belə təbrik etdi

23:04 - 28 Fevral 2024

Kenan Doğulu Beren Saatın ad gününü belə təbrik etdi

Müğənni Kenan Doğulu həyat yoldaşı aktrisa Beren Saatın ad gününü sevgi dolu sözlərlə qeyd edib.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, pop-musiqiçi 40 yaşı tamam olan həyat yoldaşını sosial şəbəkədə şirin sözlərlə təbrik edib.

Boşanacaqları xəbəri ilə daim gündəmə gələn maqazin dünyasının məşhur cütlüklərindən olan Beren Saat və Kenan Doğulu sevgiləri ilə yenidən sosial mediada müzakirə mövzusu olublar.

Doğulu "Ad günün mübarək sevgilim. Dünya sənin içində olduğun üçün çox şanslıdır" deyib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin