Klublararası dünya çempionatının yeri açıqlandı

21:00 - 29 Fevral 2024

Klublararası dünya çempionatının yeri açıqlandı

2025-ci ildə klublararası dünya çempionatı Amerika Birləşmiş Ştatlarının stadionlarında keçiriləcək. 

 

Manset.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb. Turnir 2025-ci il iyunun 15-də başlayacaq, iyulun 13-dək davam edəcək.

Turnir yenilənmiş formatda keçiriləcək. Yarışda 7 klub əvəzinə 32 komanda iştirak edəcək.

2023-cü ildə klublararası dünya çempionatının qalibi finalda Braziliyan “Fluminense”sini 4:0 hesabı ilə məğlub edən “Mançester Siti”  olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin